Qapıçı Mateuş Koxalskinin “Qarabağ”dan ayrılaraq “Vyeçista”ya keçidi Polşa futbolunun əfsanəsi Yeji Dudekin narazılığına səbəb olub.
QOL.az xəbər verir ki, “Real” və “Liverpul”un sabiq qapıçısı “Polsat Sport”a açıqlamasında 26 yaşlı qolkiperi tənqid edib.
Koxalskinin "Qarabağ"dakı çıxışları bir sıra nüfuzlu klubların diqqətini cəlb edib. Bildirilib ki, hətta Dortmund “Borussiya”sı da qapıçı ilə maraqlanıb. Lakin Koxalski Azərbaycanda yaşamağın evindən uzaqlıq və mədəni fərqlər səbəbindən ona uyğun olmadığını vurğulayıb.
Alternativ təkliflərin olmadığı bir vaxtda isə qapıçı Polşaya qayıdaraq “Vyeçista”ya keçib. Bu qərar Dudekin təəccübünə səbəb olub. O deyib:
“Çempionlar Liqasında “Qarabağ”la oynayan, son olaraq Avropa Liqasının təsnifat mərhələsində çıxış edən Koxalskinin ətrafında komanda qurmağın mümkün olub-olmadığını düşünmək olar. Amma onun rahatlıq və Polşa çempionatına qayıtmaq xatirinə, üstəlik “Vyeçista”ya keçməsi mənim üçün bir qədər anlaşılmazdır.
Avropanın top klublarından birinə keçmək uğrunda mübarizə aparmalı olan futbolçu rahatlığı, “Vyeçista”ya transferi seçdi və bunun müqabilində Polşa millisindən də dəvət aldı. Bu, peşəkar futbolun prinsipləri ilə mənə ziddiyyət təşkil edir. Həmçinin baş məşqçi Yan Urbanın futbolçuların seçimləri ilə bağlı fikirləri ilə də uyğun gəlmir.
Urban bildirmişdi ki, futbolçu Polşa çempionatına qayıdarsa, milli komandaya düşmək şansı olmayacaq. Onun Qətər və ya Səudiyyə Ərəbistanı liqalarını seçən futbolçularla bağlı fikirləri də buna bənzər idi. O deyirdi ki, həmin liqalar çox uzaqdır və oradakı futbolçuları izləmək mümkün deyil”.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb