Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil

Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2026 / 11:51 264
-  A +

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov komandanı ilk məşqinə çıxarıb.

QOL.az xəbər verir ki, Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahətdən sonra komanda hazırlığı bərpa edib.

Məşqdən əvvəl Yuri Maksimov klub rəhbərliyi tərəfindən futbolçulara təqdim olunub. Daha sonra təxminən 2 saat davam edən məşq keçirilib.

Milli komandaların düşərgəsinə yollanan Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi hazırlıqda iştirak etməyiblər. Digər futbolçular məşqdə yer alıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner