Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı

Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2026 / 19:40 2959
-  A +

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən  görüşü  irlandiyalı FİFA referisi Aaron Odoud idarə edib.

Oyun 1:1 hesabı ilə yekunlaşıb.

17:45. Azərbaycan - Çexiya - 1:1

Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)

Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.

Turnir cədvəli

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner