“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir

“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2026 / 13:05 619
-  A +

“Sabah”ın hücumçusu Coy-Lens Mikels Almaniya millisindən dəvət almaq ehtimalı və Ruanda yığmasını seçməsi barədə danışıb.

QOL.az xəbər verir ki, 32 yaşlı futbolçu Almaniyanın “NTV Sport” podkastına müsahibəsində bildirib ki, Ruanda millisində hələ rəsmi matça çıxmadığı üçün nəzəri olaraq Almaniyanı seçmək imkanına malikdir:

“FIFA-nın qaydalarını dəfələrlə oxumuşam. Mən hələ də Almaniya millisində oynaya bilərəm. Ruanda üçün rəsmi oyuna çıxmamışam. Buna görə də Yurgen Klopp həqiqətən məni istəsə, hələ də dəvət edə bilər. Amma sentyabrın 25-də bu imkan rəsmən başa çatacaq. Həmin gün Ruanda millisində rəsmi matça çıxacağam”.

Mikels Ruandada ona və qardaşlarına böyük maraq olduğunu da söyləyib:

“Orada bizə pop ulduzları kimi yanaşırlar. Xüsusilə də qardaşım vurduğu qollardan sonra çox məşhurlaşıb. Küçədə hamı bizi tanıyır. Böyük ulduz olmağın necə bir hiss olduğunu yaşamaq çox gözəldir”.

“Sabah”ın hücumçusu Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “Mançester Yunayted”ə qarşı “Old Trafford”da keçirdikləri və 0:4 hesabı ilə uduzduqları matçdan da danışıb. O, həmin görüşdə qol vurmaq üçün əldə etdiyi imkanı qaçırmasına təəssüfləndiyini bildirib:

“Bu fürsətdən istifadə edə bilmədiyim üçün çox əsəbiləşdim. Bura mənim kumirim Kriştiano Ronaldonun, həmçinin Ueyn Runi kimi əfsanələrin oynadığı stadiondur. Ona görə də orada qol vurmaq daha gözəl olardı. Amma Mançesterdə, “Old Trafford”da oynamaq özü böyük şərəfdir”.

Qeyd edək ki, Almaniyada doğulan yetirməsi olan Mikels 2026-cı ilin martından nənəsinin vətəni olan Ruanda millisində çıxış edir. O, indiyədək yığmada yalnız yoxlama oyunlarında iştirak edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner