Millidə zədələndi, klubuna qayıdır

Millidə zədələndi, klubuna qayıdır
DÜNYA FUTBOLU 25 Sentyabr 2026 / 17:07 209
-  A +

“Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala zədə səbəbindən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

QOL.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Futbolçunun bud əzələsində cırılma aşkarlandığı bildirilib.

Musiala Almaniya millisinin düşərgəsində olarkən zədələnib. 23 yaşlı yarımmüdafiəçinin klubuna qayıdacağı bildirilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner