2001-ci ilin yayında futbol dünyasında nadir rast gəlinən hadisə yaşanmışdı. Həmin hadisə barədə mənə, yəni, o zaman cəmi 21 yaşı olan jurnalistə AFFA-nın o vaxtkı prezidenti Fuad Musayev danışmışdı. Musayev ona qarşı birləşib istefasını tələb edən klublara qarşı xeyli qəzəbli idi.
Klub rəhbərləri iddia edirdi ki, o, futbolumuzu uçuruma aparır və dərhal vəzifədən getməlidir. Yeri gəlmişkən, Fuad bəyə qarşı o zaman kəskin müxalif mövqedə dayanan şəxslərdən indi yalnız Tahir Süleymanov ekspert səviyyəsində olsa belə, aktiv futbol fəaliyyətini davam etdirir. Klub rəhbərlərinin (əsasən "Turan"ın o vaxtkı prezidenti Vidadi Əhmədov) başladığı və Tahir Süleymanovun da daxil olduğu bu etiraz dalğasının bütün iştirakçıları bildirirdi ki, AFFA rəhbərliyi istefaya getsin, yerinə biz gələk və futbolumuzu ağ günə çıxaraq. Çıxardılar, ya çıxarmadılar, bu suala Musayevin AFFA prezidenti olmadığı son 15 ildəki nəticələr yaxşı cavab verir.
Fuad Musayev deyirdi ki, futbolumuzda pul, şərait yoxdur (həqiqətən də elə idi!), amma məni ittiham edən klublar görsün ki, rəhbərliyim dövründə hansı futbolçular yetişib. Və başlayırdı gənclərin adını sadalamağa: Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev (bir zamanların istedadlı oyunçularından biri. İndi hansı fəaliyyətlə məşğul olduğuna dair məlumat yoxdur) Samir Əliyev... Sonralar, artıq vəzifədən ayrıldıqdan sonra Fuad müəllim bu siyahıya Rəşad Sadıqovu da əlavə etmişdi. İnsafən qeyd edək ki, R.Sadıqov millidə məhz Fuad Musayevin AFFA prezidenti olduğu dövrdə debüt edib (2001-ci ilin oktyabrında, 19 yaşındaykən səfərdə İsveçə 0:3 hesabı ilə uduzduğumuz oyunda. Yeri gəlmişkən, həmin matçda Zlatan İbrahimoviç də İsveç millisində ilk rəsmi oyununa çıxmış və bir qol da vurmuşdu). Amma əlbəttə, adları çəkilən oyunçuların yetişməsində Fuad Musayevin hansı xidmətləri olub, buna onların özlərinin cavab verməsi daha doğru olar.
Biz mətləbə qayıdaq.
Hamin hadisələri indi, Azərbaycan və Slovakiya komandalarının rəsmi görüşünə bir gün qalmış xatırlamağım təsadüfi deyil. Bəli, düz 18 il əvvəlin elə indiki kimi iyun ayında da milli komandamız Bakıda, DÇ-2002-nin seçmə mərhələsi çərçivəsində Slovakiyanı qəbul etmiş və 2:0 hesabı ilə qalib gəlməklə sensasiyaya imza atmışdı. Nəticənin sensasiyalı olması ona görə idi ki, Slovakiya Avropanın güclü komandalarından və yarışdığı qrupun aşkar favoritlərindən sayılırdı. Təsadüfi deyil ki, onlar Bakıya, gərək ki, qrupun ikincisi kimi gəlmişdilər. Bəs, qrupda daha kimlər vardı? İsveç, Türkiyə, Makedoniya və Moldova... Bu gün olduğu kimi, o vaxt da millinin baş məşqçisi işləyən Şenol Günəşin komandası seçmə mərhələyə uğursuz başlamış və əsas rəqibləri olan Slovakiya ilə İsveçdən geri qalaraq Cənubi Koreya və Yaponiyada keçiriləcək mundiala getmək şansını azaltmışdı. Onlar özləri xal qazanmaqla yanaşı, xüsusilə Slovakiyanın “büdrəməsini” çox istəyirdilər. Bu mənada, Slovakiyanın Bakı səfəri qardaş Türkiyə millisi üçün göydəndüşmə bir fürsət idi. Necə deyərlər, bir millət, iki dövlət, göstərin gücünüzü)) İndi Azərbaycan yardım əlini Türkiyəyə uzatmalıdır. Amma necə? Axı reallıqda arada nə qədər səviyyə və ustalıq fərqi vardı. Elə buna görə də millimizin rəqibindən xal alacağı ehtimalı heç on faiz də deyildi. Amma, iki qardaş bir araya gələrsə, bir tək ölümə çarə tapa bilməzlər ))
Slovakiya ilə oyuna 15-20 gün qalmış məlum oldu ki, Azərbaycan millisi Türkiyədə, yanılmıramsa, İstanbul şəhərində (“Beşiktaş”ın bazasında) uzunmüddətli təlim-məşq toplanışında olacaq. Belə bir hazırlığı AFFA 2019-cu ildə nəinki Türkiyə, Avstriya, İspaniya və dünyanın istənilən ölkəsində belə təşkil etsə, bunda qeyri-adi nəsə olmaz. Amma 2001-ci ildə durum fərqli idi. AFFA-nın büdcəsi məhdud idi (yəqin ki, illik uzağı heç yüz min dolları aşmırdı). Bu mənada, milliyə Avropanın ən gözəl şəhərlərindən birində və ünlü klubun bazasında hazırlıq prosesini təşkil etmək sual yaratmaya bilməzdi.
Artıq Azərbaycan – Slovakiya matçından bir neçə ay sonra Fuad Musayevlə onun AFFA-dakı kabinetində (AFFA-nın “Beşmərtəbə”nin yaxınlığında, Hüsü Hacıyev, 42 ünvanında yerləşən ilk binasında indi “Mother care” mağazası yerləşir) söhbətimiz zamanı bu məsələyə toxunmaya bilməzdim. Fuad müəllim əvvəlcə ona qarşı qiyam qaldırıb çempionatı boykot etməklə hədələyən klub rəhbərlərinin, ümumiyyətlə, futbol müxalifətinin ünvanına Azərbaycanın şifahi xalq yaradıcılığındakı bir-iki “koloritli” sözlər söylədikdən sonra mətləbin üzərinə gəldi. Bu, əlbəttə, mənim üçün sensasiyalı bir fakt idi. Bildirdi ki, millimiz İstanbulda Türkiyə Futbol Federasiyasının (TFF) maliyyəsi hesabına təlim-məşq toplanışı keçib. Fuad Musayev deyirdi ki, TFF-nin o vaxtkı prezidenti Haluk Ulusoy millimizi yol, otel, qidalanmaq xərclərini öz üzərinə götürməklə qardaş ölkəyə hazırlığa dəvət edib. Musayev də təklifə dərhal razılıq verib. Çünki pulu olmayan AFFA üçün millinin hazırlığı baxımından bundan gözəl imkan ola bilməzdi. Amma Musayev deyirdi ki, Ulusoy onunla söhbəti zamanı ən incə, daha doğrusu, ən əsas məqamı da vurğulayıb: “Biz sizə yaxşı hazırlıq keçmək üçün şərait yaradırıq, siz də bacarırsınızsa, Slovakiyadan xal alın”. Beləliklə, belə bir məxfi, amma centlmensayağı razılıq əldə olunur.
Nəticədə millimiz tarixində ilk dəfə xaricdə yaxşı hazırlıq keçir, Bakıya qayıdıb Slovakiya ilə görüşdə tarixi qələbəyə imza atır. Həm özümüzü sevindirir, həm də qardaşlarımızı. Elə həmin il qrupun yekun nəticəsində İsveç birinci (26 xalla), Türkiyə ikinci (21 xalla), Slovakiya isə üçüncü (17 xalla) yeri tutur (biz isə həmişə kimi sonuncu). Millimizə məğlubiyyət Slovakiya üçün ağır zərbə, Türkiyəyə isə böyük kömək olur. Qardaş ölkə qrup ikincisi kimi əvvəlcə pley-offa, sonra DÇ-nin final mərhələsinə vəsiqə qazanır. Mundialda isə bürünc medal qazanaraq gözlənilməz və tarixi nəticə göstərir...
Əlbəttə, həmin görüşdə bizim futbolçuların əzmkarlığı da xüsusi qeyd olunmalıdır. İqor Ponomaryovun baş məşqçi olduğu millidə birinci qolu Vadim Vasilyev, ikinci qolu vuran isə 22 yaşlı Zaur Tağızadə idi. Zaur daha əvvəl 1999-cu ildə, 20 yaşı olanda Portuqaliya kimi nəhəng komandaya da qol vurmuşdu.
Bəli, meydanda oynayan Zaur və başqaları idi, Fuad Musayev deyildi. Onlara futbol oynamağı Musayev öyrətmədi, bəlkə də kiminsə inkişafına obyektiv ya subyektiv səbəblərdən pul buraxmadı, ya da maliyyəsi olmadı. Amma bu həqiqəti heç kim danmaz, vicdansızlıq edib dana da bilməz ki, rəhmətlik Fuad Musayevin rəhbəri olduğu dövrdə futbolumuzda heç olmasa, Zaur Tağızadə, Samir Əliyev, Rəşad Sadıqov kimi oyunçular yetişdi. Böyük, fövqəladə fakt deyil, amma istənilən halda faktdır.
Və bu faktı anlamaq, dərk eləmək, nəhayət, təkrarlamaq üçün Rövnəq Abdullayev, Elxan Məmmədov yox, məhz elə Fuad Musayev olmaq lazımdır...
Aydın BAĞIROV
[email protected]
"Hörmətsizlik deyil, sadəcə yorğunam" - Yuri Vernidub
Qurban Qurbanovdan Elvin Cəfərquliyevlə bağlı suala cavab
“Səbail”in 6 qollu qələbəsindən - Video
Reşfordu təhqir etdiyinə görə cəzalandırıldı
“Sabah”ın çempionluğu rəsmiləşdi
10 qol vuran ilk oyunçu oldu
Montiel zədələndi, hirsindən butsunu yerə çırpdı - Video
"Barselona" onlarla sağollaşır
AFFA rəhbərliyi FİFA-nın Konqresində
Dünya çempionatından sonra karyerasını başa vuracaq
İran nümayəndə heyəti FİFA konqresinə niyə buraxılmayıb?
1-ci liqada 24-cü tura yekun vuruldu
“Neftçi” - “Qarabağ”: Heyətlər
Misli Premyer Liqasında bu həftəki oyunların hakimləri
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Azərbaycanın daha bir stadionuna FİFA sertifikatı verildi
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Mançester Yunayted"də 5 illik müqavilə
"Perspektivli komandamız var" - Aqil Nəbiyev
Salah bu mövsüm oynaya biləcək?
40 yaşlı Eşli Yanq son oyununa çıxır
Skott Parker istefaya göndərildi
Prezidentin güləşçilərlə görüşündə səmimi anlar - Şəkillər
Loqonu tapdaladı, Simeone ailəsi özündən çıxdı - Video
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycan millisi Pakistana qalib gəldi
Yığmamız Belarusla qarşılaşdı
Hafiz Məmmədov ilə Qurban Qurbanov bir arada - Şəkil
ÇL-də həftənin oyunçusu kim olacaq?
Nəriman 90 dəqiqə oynadı, komandası 1/4 finala yüksəldi
"Atletiko" "Arsenal"la heç-heçə etdi - Çempionlar Liqası
Autsayder liderdən xal aldı - Video
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?