Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı

Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
DÜNYA FUTBOLU 24 Sentyabr 2026 / 19:26 554
-  A +

Almaniyada kişi klubunun ilk qadın baş məşqçisi Sabrina Vittmann “İnqolştadt 04”dən ayrılıb.

QOL.az xəbər verir ki, 35 yaşlı mütəxəssisə bu gün keçirilən görüşdə məlumat verilib. Qərarın komandanın nəticələrinin və 3-cü Bundesliqadakı çıxışının təhlilindən sonra qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Vitmann 2009-cu ildən “İnqolştadt”da çalışırdı. O, 2024-cü ilin mayında əsas komandanın müvəqqəti baş məşqçisi təyin olunub, daha sonra vəzifədə rəsmən təsdiqlənib.

Mütəxəssis ayrılıqla bağlı açıqlamasında komandada qalmaq istədiyini, lakin klubun başqa qərar verdiyini bildirib:

“Mən bu komanda ilə yolumu davam etdirmək və fərqli xarakterlərə malik futbolçularla birlikdə irəliləmək istəyirdim. Təəssüf ki, bunun üçün lazım olan etimad artıq yoxdur və klub başqa qərar qəbul edib. Burada özümü evimdəki kimi hiss edirdim. Futbol mütəxəssisi kimi burada böyümüşəm və çoxlu xüsusi xatirələrim qalıb. Klubu, bütün insanları və əməkdaşları ürəkdən əziz tuturam. Gələcəkdə kluba yalnız ən yaxşısını arzulayıram”.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner