Braziliya millisində yeni 10 nömrə

Braziliya millisində yeni 10 nömrə
DÜNYA FUTBOLU 25 Sentyabr 2026 / 11:00 533
-  A +

Braziliya millisində 10 nömrəli formanı geyinəcək yeni oyunçu bəlli olub.

QOL.az xəbər verir ki, bu barədə UOL məlumat yayıb.

Bildirilib ki, yeni nömrələnmə Braziliya millisinin 2030-cu il dünya çempionatına hazırlıq dövrünün başlanğıcı ilə əlaqədardır. Millidə 10 nömrəli formanı “Barselona”nın hücumçusu Rafinya geyinəcək.

Rafinya 2026-cı il dünya çempionatında 11 nömrə ilə çıxış edib. Həmin vaxt 10 nömrəli forma hazırda milli karyerasını başa vurmuş Neymara məxsus olub. Yeni nömrələnmədə Endrik 19-dan 9-a, Estevao isə 20-dən 11-ə keçib. Vinisius Junior 7, Bruno Gimaraynş isə 8 nömrəni qoruyub.

Qeyd edək ki, Braziliya millisində 10 nömrəli formanı Pele, Ziko, Rivaldo, Ronaldinyo kimi futbolçular geyinib.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner