Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi

Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
DÜNYA FUTBOLU 24 Sentyabr 2026 / 20:39 404
-  A +

“Nike” Kərim Benzema ilə planlaşdırılan reklam çəkilişini ləğv edib.

QOL.az xəbər verir ki, “The Athletic”in məlumatına görə, çəkiliş sentyabrın 24-də Londonda “Nike” və “Corteiz”in birgə kampaniyası çərçivəsində keçirilməli idi. Lakin şirkət çərşənbə axşamı Benzemanın nümayəndələrinə layihənin ləğv edildiyini bildirib.

Məlumata görə, “Nike” futbolçunun ictimai keçmişini araşdırdıqdan sonra onun brendin dəyərlərinə uyğun olmadığı qənaətinə gəlib.

Xatırladaq ki, Benzema 2021-ci ildə Matiu Valbuena ilə bağlı şantaj cəhdində təqsirli bilinərək 1 il şərti həbs və cərimə cəzası alıb. Futbolçu isə təqsirini qəbul etməyib.

Qeyd edək ki, Benzema 2007-ci ildən “Adidas”la əməkdaşlıq edib. Müqavilə başa çatdıqdan sonra onun nümayəndələri “Nike”la danışıqlara başlayıb, lakin şirkət futbolçu ilə geniş əməkdaşlıq planlarının olduğunu təkzib edib.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner