Bu gün UEFA Millətlər Liqasında yeni mövsüm start götürüb.
QOL.az xəbər verir ki, D Liqasının 1-ci turunun ilk matçında Malta milli komandası öz meydanında Andorra yığmasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 17-ci dəqiqədə qonaqların futbolçusu Qiyom Lopes açıb. Malta ilk hissənin sonlarına yaxın - 37-ci dəqiqədə İrvin Kardonanın qolu ilə tarazlığı bərpa edib. Meydan sahiblərinə qələbə gətirən qola isə 81-ci dəqiqədə Teddi Teuma imza atıb.
Malta az sonra fərqi artırmaq imkanı əldə etsə də, 85-ci dəqiqədə İlyas Şuaref penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Bizi İnstaqramda izləmək üçün kliklə!
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"