Milli komandamızın üzvü Toral Bayramov dünən Tacikistana qarşı keçirilən yoxlama oyunundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci oyunumuz idi. Qələbə qazanmaq bizim üçün mühüm əhəmiyyət daşıyırdı. Şükürlər olsun ki, istəyimizə çatdıq. Bir qədər çətinlik çəkdik. İnanırıq ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəyik.
- Qarşıda millimizi ardıcıl 3 rəsmi oyun gözləyir. Komanda bu sıx qrafikə hazırdır?
- Komandanın daxilində çox gözəl ab-hava var. Hədəfimiz Millətlər Liqasında qrup qalibi olmaqdır. Bunun üçün əlimizdən gələni də, gəlməyəni də edəcəyik. Komandamıza çox inanıram. Düşünürəm ki, lazımi nəticələri qazanacağıq.
- Vurduğunuz gözəl qol sonradan avtoqol kimi qeydə alındı...
- Avtoqol sayılsa da, gözəl qol oldu. Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram. Qələbə qolu olduğu üçün ekstra sevindim. Hər zaman olduğu kimi, qolu ailəmə, qızlarıma həsr edirəm. İnanıram ki, qarşıdakı matçlarda da fərqlənəcəyəm.
- Litvanı rəqib kimi necə dəyərləndirirsiniz?
- Açığı, rəqibin oyununu hələ analiz etməmişik. Buna qədər əsasən Tacikistanla matçı düşünürdük. Artıq bundan sonra Litvanı daha yaxından öyrənəcəyik.
- “Bursaspor”da əsas heyətə düşməkdə çətinlik çəkirsiniz. Nə çatışmır?
- Açığı, son oyunla bağlı fikir bildirə bilmirəm. Çünki matçdan dərhal sonra millinin düşərgəsinə gəldim. Yəni məşqçi ilə söhbətimiz olmayıb. Qayıdandan sonra bu barədə danışacağıq. Ümumilikdə hər şey yaxşıdır. Hamı ilə münasibətim gözəldir. Uzun illər “Qarabağ”da oynamışam. Oranın sistemi fərqlidir. Müəyyən çətinliklər olur. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
- Son matçın ardından “Bursaspor” azarkeşləri sizin haqqınızda mənfi fikirlər səsləndirirlər...
- Hamısından Allah razı olsun, yaxşı yazanlardan da, pis yazanlardan da. Bizim işimiz meydandadır. Əlimizdən gələni etməyə çalışırıq. Futbolda belə hallar olur - tənqid mümkündür, tərif də. Bütün bunlara normal yanaşıram. Mənfi rəylər mənə pis təsir göstərmir, əksinə, daha da motivasiya edir.
- Yəni “Bursaspor”da perspektiv görürsünüz?
- Əlbəttə, hər şey yaxşıdır, hətta deyərdim əladır.
Bizi İnstaqramda izləmək üçün kliklə!
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı