Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı

Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
DÜNYA FUTBOLU 24 Sentyabr 2026 / 17:15 474
-  A +

Niderland millisinin baş məşqçisi Xavi 2026-cı il “Qızıl top” mükafatı uğrunda mübarizə ilə bağlı fikirlərini bölüşüb.

QOL.az "Diario Sport"a istinadən xəbər verir ki, mütəxəssis Lionel Messinin dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib, lakin mükafatın ispaniyalı futbolçuya verilməli olduğunu bildirib.

“Mən “Qızıl top”u ispaniyalı bir futbolçuya verərdim. Messi də dünya çempionatında inanılmaz işlər gördü. 39 yaşında fantastik, möhtəşəm mundial keçirdi. Amma İspaniya dünya çempionu oldu. Buna görə də, böyük ehtimalla, ispanlardan biri qalib gəlməlidir”.

Niderland millisinin çalışdırıcısı “Barselona”nın 19 yaşlı futbolçusu Lamin Yamal barədə də danışıb. O, gənc hücumçunun artıq “Qızıl top” üçün kifayət qədər arqumentə sahib olduğunu söyləyib:

“Lamin xüsusidir, o, digərləri kimi deyil. Onun 19 yaşı var və şübhəsiz ki, nə vaxtsa “Qızıl top”u qazanacaq. Düşünürəm ki, elə bu il onun həmin mükafatı qazana biləcəyi ildir”.

Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner