Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi

Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
XƏBƏR 24 Sentyabr 2026 / 14:48 586
-  A +

Polşanın aşağı liqa komandalarından birində çıxış edən Oskar Kordus avtomobil qəzasında həyatını itirib.

QOL.az xəbər verir ki, bu barədə “Gostyn24” məlumat yayıb.

Hadisə Polşanın qərb hissəsindəki yollardan birində baş verib. 20 yaşlı futbolçu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qarşı tərəfdən gələn başqa maşın yola çıxan maralı vurub. Güclü zərbənin təsirindən maral qarşı zolağa atılaraq Kordusun avtomobilinin üzərinə düşüb.

Heyvan avtomobilin ön şüşəsini sındıraraq futbolçuya ağır xəsarətlər yetirib.

Kordus aldığı və həyatı üçün təhlükəli olan xəsarətlərdən hadisə yerində vəfat edib. Maralı ilk vuran avtomobilin sürücüsü isə xəsarət almayıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner