2 il əvvəl saytlarda bizim insanları dərindən məyus edən bir xəbər çıxdı. Məğzi o idi ki, Anatoli Banişevskinin adını daşıyan Masallı şəhər stadionu naxırın - mal-qara sürüsünün otlaq sahəsinə çevrilib. Bəli, Azərbaycanın dəyərli bir övladının, böyük futbol adamının xatirəsinə, yumşaq desəm, belə bir qeyri-insani münasibət olmuşdu. Deyilənə görə, tənqidlərdən sonra həmin arenaya bir balaca əl gəzdirildi və meydança uşaq futbolçularının ixtiyarına verildi.
O dövrdə təvazökarlıqdan uzaq olsa da, mənim tərəfdən belə bir təşəbbüs yazısı yazıldı ki, Bakıda AFFA tabeliyində bir neçə stadion var və onlardan biri Banişevskinin adına verilsə, federasiya savab iş görər. Məlum nəticələrə görə onlarla bağlı bu qədər etiraz və qəzəbin fonunda axır ki, camaatın qarğışını yox, alqışını qazanar. Çox keçmədən mətbuat konfransında AFFA prezidentindən təşəbbüsə cavab gəldi. Amma sanki cavabı verən böyük, elitar bir idman qurumun rəhbəri yox, illərini piştaxta arxasında keçirən təcrübəli bazar alverçisi idi. Bildirdi ki, stadionların adı biznes proyektidir. Kim istəyirsə, pul versin, lap atasının adını qoysun. Təəccüblü deyildi. Çünki futbolumuzun tarixini də, elə futbolun özünü də bilməyən bu qeyri-futbol personajı Banişevskinin futbolumuzda mənəvi atalıq zirvəsinə yüksəldiyini sadəcə, qəbul və dərk edə bilməz...
***
Banişevski uzun sürən xəstəlikdən sonra erkən, 51 yaşda vəfat edəndə 1997-ci ilin dekabrın 10-u idi. Onun barəsində jurnalist Şakir Yaqubov və yazıçı-publisist Rəfael Hüseynovun yaxşı əsəri var. Yaddaşımın bir küncündə ilişib qalan budur ki, Banişevski 1984-1988-ci illərdə Afrikada, Burkina-Fasoda işlədiyi dövrdə, futbol matçı zamanı onun gözünün qarşısında bu ölkənin prezidentimi, ya da ali rəhbərlərindən kimsə vəhşicəsinə qətlə yetirilir. Məhz bundan sonra o, gənc yaşda qorxudan şəkər xəstəliyinə tutulur, pulsuzluqdan lazımi müəlicəni ala bilmir və bu səbəbdən aramızdan çox tez ayrılır.
Vəfatından 22 il müddət keçsə də, ağrılı mənzərədir ki, Banişevskinin ömrünün sonuna qədər sədaqətlə bağlı olduğu bu yekəlikdə Bakı şəhərində onun xatirəsini əbədiləşdirən yeganə yer yalnız onun məzar daşıdır. Paytaxtda bu qədər stadion olduğu halda heç birinə onun adını verilmədiyini artıq yuxarıda qeyd etdim. Ad bir yana, heç bir stadionda onun heykəli, kiçik bir büstü, hətta xatirə güşəsi də yoxdur. Bunları etmək AFFA-nın, Gənclər və İdman Nazirliyinin həm mənəvi, həm də vəzifə borcudur. Onlardan əvvəl isə bu işi son 22 ildə “Neftçi” klubu etməli idi. Amma etməyiblər. Niyə “Neftçi”? Ona görə ki, Anatoli Banişevski ömrünü bu komandaya verib. Və Banişevski “Neftçi”nin təkcə oyunçusu deyil, dünəni, bu günü və sabahıdır.
Təəssüf ki, “Neftçi”nin bütün rəhbərləri onun xatirəsinə həmişə laqeyd, biganə yanaşıblar. Ümid edək ki, bu acı ənənəni klubun indiki prezidenti Kamran Quliyev davam etdirməyəcək və gələcəkdə yaddaşlarda xoş əməllərlə, başda da “Neftçi”nin tarixi olan Banişevskiyə sahib çıxan biri kimi də düşəcək.
Yazıya isə bu gün anım günü olan Anatoli Banişevskiyə Allahdan rəhmət diləməklə yanaşı, 1990-cı ildə onun mərhum jurnalistimiz Adil Qaçayoğluna verdiyi müsahibədə əsl bakılı, azərbaycanlı və bütöv şəxsiyyət kimi dediyi bu qiymətli sözlərlə yekun vururam:
“Qanlı yanvar günlərində ürəyimdən bir hiss keçdi. Bu çətin dövrdə hətta məni qovan da olsa, Bakıdan getməyəcəyəm. Hətta bir gün Azərbaycan SSRİ-dən ayrılsa, mən yenə də bu respublikanın vətəndaşı olaraq qalacağam. Kiminsə xoşuna gəlmək üçün demirəm: mən Azərbaycanın çörəyi ilə böyümüşəm, elə xaraktercə də azərbaycanlıyam. Mən “Neftçi”ni ölkədə heç bir kluba, Bakını isə heç bir şəhərə dəyişməmişəm, dəyişmərəm də. Mən köklü bakılıyam: burada doğulmuşam, burada da öləcəyəm..."
Aydın BAĞIROV
[email protected]
DÇ tarixində ən gənc çempionlar kimlər olub?
"Qalatasaray" 2 futbolçusu ilə sağollaşdı
"Liverpul"un ən məhsuldar oyunçusu sıradan çıxdı
"Əl-Əhli" heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Real"dan darmadağınlı qələbə
"Karlos güclü oyunçudur, onunla sağollaşmağı düşünmürük"
İngiltərədə 14 matç təxirə salındı
"Levante" uzun illərin məğlubiyyət seriyasına son qoydu
Superliqa klubu baş məşqçisi ilə yollarını ayırdı
Mahir Emreli qayıtdı, klubundan təbrik aldı - Şəkillər
Karvahal yaşıl meydanlara geri döndü
A seriyasında gərgin anlar: 3 qırmızı vərəqə, 2 qol
Messi "Liverpul"a keçir?
"Qalatasaray"ın Uqarte xəyalları suya düşdü
“Sumqayıt” futbolçusu ilə yollarını ayırdı - Rəsmi
1-ci liqada ötən ayın ən baxımlı 5 qolu - Video
"Çelsi" azarkeşləri etiraz aksiyasına hazırlaşır
252 gün sonra gələn qələbə
"Barselona"dan Avropa rekordu
"Fənərbaxça" iki tanınmış futbolçu üçün danışıq aparır
Mareska niyə 14 milyon funtluq kompensasiyadan imtina edib?
5-ci dəfə Superkuboku qazandılar
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Borussiya" Kurasao millisinin üzvünü satdı
"Barselona"nın derbi qələbəsi - Video
“Qarabağ”ın rəqibi daha bir hücumçu aldı
"Yuventus" öz meydanında xal itirdi - Video
"Qəbələ"nin rəqibləri bəlli oldu
"Fənərbaxça" Musabanı transfer etdi - Rəsmi
Haalanddan geri qalmır, rekordları alt-üst edir
“Qarabağ”ın rəqibləri müəyyənləşdi
9 ildən sonra klubdan gedir
İngiltərə klubu misirli futbolçu üçün hərəkətə keçdi
"Bavariya" yeni hücumçu transfer etdi
"Çelsi"nin baş məşqçi namizədi açıqlama verdi
Premyer Liqada ən çox qol epizodu ona məxsusdur
Mehmet Aurelio baş məşqçi təyin edildi
“Qarabağ” qış hazırlıqlarına start verdi - Şəkillər
Makqinn dubl etdi, "Aston Villa" inamlı qələbə qazandı
Ötən əsrin ən yaxşı məşqçisi vəfat etdi
"Mançester Yunayted"in ən fərqli oyunçusu seçildi
"Fənərbaxça" Lukman üçün hərəkətə keçdi