Zinəddin Zidan yenidən İtaliya millisinə qarşı çıxış edəcək.
QOL.az-ın xəbərinə görə, o, bu dəfə futbolçu deyil, baş məşqçi kimi "skuadra adzurra" ilə üz-üzə gələcək. Parisdəki "Stade de France" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.
Oyun öncəsində Fransa və İtalıya mediası bu ölkələrin milli komandalarının DÇ-2006-nın finalını yada salıb. Həmin matçın 110-cu dəqiqəsində Zidan söyüşə görə italiyalı Marko Materattsinin sinəsinə başla zərbə endirib və meydandan qovulub. İtaliya penaltilər seriyasında qalib gələrək dünya çempionu olub.
Bu gün UEFA Millətlər Liqasında İtaliyaya qarşı keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında Zinəddin Zidana Marko Materattsiyə kəllə vurduğu epizodla bağlı yenidən sual ünvanlanıb.

Fransalı mütəxəssis həmin hərəkətindən qürur duymadığını bildirib: “2006-cı il? Həmin görüntülər bunu mənə həmişə xatırladır. Çünki o epizodu hər yerdə dönə-dönə göstərirlər (gülür). Mən daha çox müsbət məqamlar barədə düşünürəm. “Yuventus” mənim üçün xüsusi klub olub. Məhz orada vacib futbolçuya çevrildim.
2006-cı ildə etdiyim hərəkətlə fəxr etmirəm, amma peşman da deyiləm. Bu, keçdiyim yolun bir hissəsidir. Hamımız səhv edirik. İndi ən vacib məsələ bundan sonra nə olacağı, Fransa millisinin başına nə gələcəyidir”.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı