Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir

Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 13:46 499
-  A +

Fransa millisinin və “Arsenal”ın sabiq hücumçusu Tyerri Anri “Mançester Siti”nin maliyyə feyr-pley qaydalarını pozması ilə bağlı ittihamlara münasibət bildirib.

QOL.az “Topskills Sports UK”a istinadən xəbər verir ki, Anri klubun Premyer Liqada qalacağı təqdirdə bunun futbol tarixinin son 100 ilində ən ədalətsiz qərarlardan biri olacağını deyib.

“Əgər hər hansı qərar “Mançester Siti”nin Premyer Liqada qalmasına imkan versə, bu, futbolun son 100 ilində ən ədalətsiz cəza olar. Gəlirləri şişirtmək, saxta müqavilələrdən istifadə etmək və maliyyə məlumatlarını düzgün təqdim etməmək yalnız futbolun zirvəsində qalmaq məqsədi daşıyırsa, bu, ədalətsizlikdir”.

Qeyd edək ki, daha əvvəl “Mançester Siti”nin Premyer Liqadan kənarlaşdırıla biləcəyi barədə məlumatlar yayılıb.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner