“Borussiya”dan Niko Kovaç qərarı

“Borussiya”dan Niko Kovaç qərarı
XƏBƏR 1 Oktyabr 2026 / 17:04 384
-  A +

Dortmund “Borussiya”ı baş məşqçisi Niko Kovaçla yeni müqavilə imzalayacaq.

QOL.az xəbər verir ki, bu haqda "sportbild" məlumat yayıb.

Klub rəhbərliyi 54 yaşlı mütəxəssisin işindən razıdır. Tərəflər arasında keçirilən danışıqlar uğurla başa çatıb və yeni müqaviləsinin imzalanması ilə bağlı razılıq əldə olunub.

Kovaç “Borussiya”nı 2029-cu ilin yayına qədər çalışdıracaq. Onun hazırkı müqaviləsi isə 2027-ci ilin iyununda başa çatmalı idi.

Dortmund təmsilçisi 2026/27 mövsümündə Bundesliqada keçirdiyi ilk 4 turda 12 xal toplayıb və turnir cədvəlinə liderlik edir. “Borussiya” ən yaxın izləyicisi “Bavariya”nı 2 xal qabaqlayır.

Kovaçın komandası Bundesliqanın növbəti turunda oktyabrın 9-da doğma meydanda “Verder”lə qarşılaşacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner