Azərbaycan millisinin sabiq futbolçusu, “Şəfa” klubunun yeni vitse-prezidenti Əfran İsmayılov yığmanın UEFA Millətlər Liqasındakı çıxışı, Lixtenşteyn və Litva ilə oyunları, həmçinin hazırkı heyəti barədə danışıb.
O, QOL.az saytına açıqlamasında millinin Lixtenşteynlə qarşlaşmada qələbə qazanmalı olduğunu bildirib. Ə.İsmayılov qeyd edib ki, Azərbaycan millisi qrupda liderliyi hədəfləməlidir:
“Lixtenşteynlə oyunda, əlbəttə ki, qələbə gözləyirik. Rəhbərlik də, baş məşqçi də, futbolçular da bilirlər ki, orada lider kimi çıxmalıyıq və daha yuxarı yerləri fikirləşməliyik. Ona görə də mütləq qələbə qazanmaq lazımdır, başqa variant yoxdur.
Ondan sonra ciddi şəkildə Litva ilə matça hazırlaşmaq lazımdır. Litva demək olar ki, bizimlə eyni səviyyəli komandadır. Gərgin mübarizə gedəcək. İnanıram ki, qalib tərəf biz olacağıq. Milli bizim gözümüzdür. Bütün dualarımız millimiz üçündür. Qələbə qazanmağa borcludurlar”.
Sabiq futbolçu hazırkı heyətlə bağlı da fikirlərini bölüşüb. O, əvvəlki illərlə müqayisədə seçim imkanlarının azaldığını deyib:
“Açıq desək, əldə olan futbolçulara uyğun heyət yığılıb. Başqa bir şey yoxdur. Heyətdə futbolçu azlığı var. Nə varsa, onu da çağırıblar. Normal heyətdir. Əvvəlkilərlə müqayisə etmirəm. Əvvəl variantlarımız çox idi. Bir mövqeyə üç-dörd futbolçu var idi, onlardan seçim edib çağırırdılar. Ona görə indikini əvvəlki ilə müqayisə etməyə dəyməz. İndi həqiqətən futbolçu qıtlığı var”.
Ə.İsmayılov millinin son dönəmdə daha çox tənqid olunmasının səbəbini də açıqlayıb: “Millini həmişə tənqid edirlər. İndi tənqidlər bir az da artıb. Çünki əvvəl bizim vaxtımızda Millətlər Liqası yox idi. İndi isə bu turnir var və bizə dişimizə uyğun rəqiblər düşür. Ona görə hamı fikirləşir ki, bu rəqiblərə qalib gəlməliyik. Doğru da fikirləşirlər. Daha irəli getməliyik”.
O, sonda millinin qrupda lider olacağına inandığını bildirib: "Ümid edirəm tezliklə milli bu qrupdan çıxar, ən azından lider olar. Çünki lider olmalıdır, borcludur. Dişimizə uyğun rəqiblərdir. Yaxşı baş məşqçimiz var. Ayxan müəllim özü bilir necə işləmək lazımdır. Heyəti də qura bilir. İnanıram ki, birinci yeri tutacaqlar”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması