Premyer Liqa klublarında çıxış edən bəzi futbolçular və onların nümayəndələri “Mançester Siti” ilə bağlı mümkün məhkəmə iddialarını qiymətləndirirlər.
QOL.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, bununla bağlı hüquqşünaslarla məsləhətləşmələr aparılır.
Söhbət “Mançester Siti”nin nəticələri ilə əlaqədar futbolçuların əldə edə bilmədiyi bonus ödənişlərindən gedir. Bunlara Premyer Liqanın qalibi olmaq və ya avrokuboklara vəsiqə qazanmaq üçün nəzərdə tutulan bonuslar daxildir.
Maddi itkiyə məruz qaldığını düşünən keçmiş məşqçilərin də hüquqi addımlar atmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir.
Qeyd edək ki, Premyer Liqanın müstəqil komissiyası “Mançester Siti”ni 2009-2018-ci illər arasında maliyyə qaydalarını pozmaqda təqsirli bilib. Klubun bu iş üzrə hansı cəza ilə üzləşəcəyi isə hələ açıqlanmayıb.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı