Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynlə keçirilən matçdan (0:0) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis nəticədən narazı qaldığını və vəziyyətin çətinləşdiyini bildirib:
"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Bilirəm ki, vəziyyətimizi daha da çətinləşdirdik. Çıxış yolumuz son iki oyunda qalib gəlməkdir. Qol epizodlarımız oldu, amma çox deyildi. İlk dəqiqədə çox real imkanımız var idi, istifadə edə bilmədik. İstədiyimiz tempi də tam olaraq yarada bilmədik. Günahkar axtarmayacağıq. Futbolçulara da dedim ki, məsuliyyət mənim üzərimdədir. Son iki oyunda mübarizə aparıb qalib gəlmək istəyirik. Futbolçularımız çalışdılar. İndi əsas məqsədimiz Litva matçına köklənməkdir. Başqa deyiləsi söz yoxdur".
- Rəqibin baş məşqçisi dedi ki, komandamız peşəkar deyil, başqa sahələrdə çalışırlar. Bizim oyunçular hansı sahədə çalışsalar, daha faydalı olarlar Azərbaycan üçün?
- Hamınız haqlısınız. Lixtenşteyni məğlub etməli idik. Rəqibin peşəkar olub-olmamasını müzakirə etmək mənə düşmür. Amma biz öz performansımızdan zəif çıxış etdik. Bunu hamı gördü. Çıxış yolu Litva ilə oyunda qalib gəlməkdir.
- Rəhbərlik sizi istefaya göndərsə, təzminatdan imtina edəcəksiniz?
- Müqaviləmiz qışa qədərdir. Bura milli komandadır. Biz ən ağır dönəmdə gəldik və çəkinmədən məsuliyyəti üzərimizə götürdük. İndi də məsuliyyətdən qaçmırıq. Rəhbərlik sabah hansı qərarı verərsə, problem yoxdur. Onların qərarı ilə razıyam. Futbolda başqa problemlər də var. Vaxt hər şeyi göstərəcək.
- Bizim üçün sürpriz oldu ki, siz müdafiədən yox, dərhal hücumda oynamağa başladınız...
- Sürpriz oldu?..
- Futbolçuların üzərində sanki gərginlik var idi, Vüsal İsgəndərlini belə aqressiv görməmişdik...
- Vüsalı demək ki, yaxşı izləmirsiniz. O, çox istəkli idi. Qələbə qazanmaq istəyiriksə, kompakt müdafiəni yarmaq lazım idi. Vüsalın belə istəkli olması normaldır.
- Komandanı Litva oyununa hazırlamaq nə dərəcədə çətin olacaq?
- Asan deyil, əlbəttə, çətindir. Məsuliyyət mənim üzərimdədir. Səhvlərimizi təhlil edəcəyik. İki gün ərzində həm bərpa olunmalı, həm də rəqibə qarşı hazırlaşmalıyıq. Rotasiyalarımız olacaq. Dörd oyunu eyni heyətlə keçirmək asan deyil. Futbolçular hər şeyi dərk edirlər. Bəlkə də bunlar bizim xeyrimizə olacaq.
- Komandada inkişaf görünür, yoxsa daha da geriyə gedir?
- Tərifləməyəcəyəm. Mən qələbə qazanan komandaya gəlməmişəm. Real danışaq. Özümü qorumuram. Mən komandaya gələndə İslandiya bizə gəzə-gəzə 5 qol vurmuşdu, yoldaşlıq görüşlərində 0:3 hesablı məğlubiyyətlərimiz olurdu. Ən böyükhesablı məğlubiyyətimiz Fransaya qarşıdır. Komandada əzmkarlıq artıb, yeni adlar üzə çıxarırıq. Amma bu da yetərli deyil. Hücumçu problemimiz varsa, bu, yetərli deyil. Zaman lazımdır. Mən oldum, ya başqası oldu, çox şey dəyişməyəcək. Əsas odur ki, millidə istək var, təslim olmurlar. Neçə oyundur uduzmuruq, amma uda da bilmirik. Ən böyük problem budur.
- Son 20 ili götürsək, millinin rüsvayçı nəticələrini izləmişik. Sizin milliyə gəlişinizdən sonra ilk böyük ağır təzyiqlərə rastlaşacağınız andır. Özünüz psixoloji olaraq bunu qarşılaya biləcəksiniz?
- Mən gələndən millidə yanaşmada çox fərq var. Klubda bəlli sayda azarkeş olur. Bura klub deyil. Ölkənin bir nömrəli komandasındayıq və burada çox böyük təzyiq var. Biz də buna alışırıq, bu yükü götürmək məcburiyyətindəyik. Bilirdik ki, bu təzyiqlər olacaq. Allah qoysa, öhdəsindən gələrik.
- Gənc yığma komandalarımızdan, gənc nəsil futbolçulardan razısınız? Futbolumuzda işıq görürsünüz?
- Uzun söhbətdir. Yerli futbolçu azdır. Orta səviyyəli klublar gənc oyunçulara üstünlük verməlidir. Futbolçuların sayı çox azdır. Aşağıdan başlamalıyıq. Klubların və akademiyaların üzərinə böyük yük düşür. İş gedir. Bilirik ki, əlimizdə olan material budur.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək