Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi

Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2026 / 21:53 5910
-  A +

Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda yer alan Ayxan Abbasovun komandası 2-ci turda Lixtenşteynlə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma yerli vaxtla saat 20:00-da başlayıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Millimiz turnirdə ilk oyununda səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Lixtenşteyn isə ilk turda öz meydanında Litvaya 0:2 hesabı ilə uduzub. 

Qeyd edək ki, hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur.

1 oktyabr

20:00. Azərbaycan - Lixtenşteyn - 0:0 

Baş hakim: Kristian-Petru Çoçirk

Tofiq Bəhramov adına Respublika sadionu

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner