Britaniyanın təhsil naziri “Mançester Yunayted” azarkeşlərini təhqir etdi

Britaniyanın təhsil naziri “Mançester Yunayted” azarkeşlərini təhqir etdi
XƏBƏR 1 Oktyabr 2026 / 10:58 259
-  A +

Böyük Britaniyanın təhsil naziri Lüsi Pauell “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı qərara münasibət bildirərkən “Mançester Yunayted” azarkeşlərini təhqir edib.

QOL.az "GB News"a istinadən xəbər verir ki, “Mançester Siti” tərəfdarı olduğunu deyən nazir Leyboristlər Partiyasının qurultayında çıxışı zamanı “Mançester Yunayted” fanatlarına müraciətlə kobud ifadə işlədib.

“Mən özüm də “Mançester Siti” azarkeşiyəm. Mənim kimi, o da futbolda “mavi”, siyasətdə isə əsl “qırmızı”dır.

Futboldan danışmışkən, bütün həftə ərzində buna sevinən “Mançester Yunayted” azarkeşlərinə demək istəyirəm: siz axmaqsınız".

Nazirin bu sözləri zalda gülüşlə qarşılanıb.

Qeyd edək ki, ötən həftə “Mançester Siti” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürülən ittihamların demək olar ki, hamısı üzrə təqsirli bilinib. Klub 2009-2018-ci illər ərzində 115 maliyyə qaydasını pozmaqda ittiham olunmuşdu. Sonradan “The Times” bu rəqəmin 130 olduğunu yazıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner