20 ildən sonra yığmadan gedir

20 ildən sonra yığmadan gedir
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 20:15 390
-  A +

40 yaşlı Edin Dzeko Bosniya və Herseqovina millisindəki karyerasını başa vurur.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, 151 dəfə milli formanı geyinən hücumçu oktyabrın 2-də İsveçlə oyunda sonuncu dəfə komandaya kapitan kimi çıxacaq. Qarşılaşma Zenitsadakı “Bilino Polye” stadionunda keçiriləcək.

Dzeko sosial şəbəkədə yaydığı vida mesajında milli komandanı təmsil etməyin onun üçün uşaqlıq arzusu olduğunu bildirib:

“Ölkəmi 151 dəfə meydanda təmsil etmək şərəfinə nail olmuşam. İndi hiss edirəm ki, kənara çəkilməyin vaxtıdır. Ölkəm üçün oynamaq futbolun mənə bəxş etdiyi ən möhtəşəm imkan olub”.

Qeyd edək ki, Bosniya və Herseqovina futbolunun əsas simvollarından olan Dzeko milli komandanın tarixində ən çox qol vuran futbolçudur. O, həmçinin ölkəsinin 2014-cü ildə ilk dəfə dünya çempionatına vəsiqə qazanmasında əsas rol oynayıb.

İsveçlə görüşdən sonra Dzeko üçün xüsusi vida mərasimi keçiriləcək. Azarkeşlər 11-ci dəqiqədə onun milli komandada geyindiyi 11 nömrəli formaya həsr olunmuş xüsusi xoreoqrafiya hazırlayacaq.

Xatırladaq ki, Dzeko milli komandada 20 ilə yaxın çıxış edib. O, klub karyerasında “Roma” və “İnter”lə yanaşı, “Mançester Siti” və “Volfsburq”un da formasını geyinib.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner