İspaniya yığmasının düşərgəsini tərk etdi

İspaniya yığmasının düşərgəsini tərk etdi
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 23:15 594
-  A +

“Niko Uilyams” səhhətində yaranan problemə görə İspaniya millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.

QOL.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

“Athletic”in hücumçusu Xorvatiya ilə Sevilyada keçirilən oyundan sonra sol bud nahiyəsində narahatlıq hiss edib. Milli komandanın tibbi heyəti futbolçunun vəziyyətini istirahət günündə də nəzarətdə saxlayıb. Lakin ağrılar davam etdiyi üçün Uilyams məşqdə iştirak edə bilməyib.

Federasiyanın həkimləri tərəfindən aparılan ətraflı müayinədən sonra futbolçunun zədəsinin ağırlaşmaması üçün onun hazırkı toplanışın heyətindən çıxarılmasına qərar verilib.

Qeyd olunur ki, Uilyams müalicə və bərpa prosesini davam etdirmək üçün “Athletic”in düşərgəsinə yollanacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner