İngiltərə Futbol Assosiasiyası (FA) “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı ittihamlara münasibət bildirib.
QOL.az xəbər verir ki, sentyabrın 20-da müstəqil komissiya “Mançester Siti”ni Premyer Liqanın maliyyə qaydalarının ciddi pozuntuları üzrə təqsirli bilib. Komissiya 2009/10–2017/18 mövsümlərini əhatə edən pozuntuları təsdiqləyib.
FA müstəqil komissiyanın qərarının futbolun bütövlüyü baxımından ciddi nəticələri ola biləcəyini açıqlayıb.
“Qərarın oyunun bütövlüyü üçün ciddi nəticələri var. Biz qərarı və onun mümkün nəticələrini diqqətlə nəzərdən keçiririk. Müvafiq tədbirlər görəcəyik.
İngiltərə Premyer Liqası ilə “Mançester Siti” arasındakı proses davam etdiyi üçün hazırda əlavə şərh vermək niyyətində deyilik. Bununla belə, hadisələrin inkişafını diqqətlə izləyəcəyik” - deyə FA-nın açıqlamasında bildirilib.
Qeyd edək ki, Premyer Liqa daha əvvəl “Mançester Siti”ni maliyyə qaydalarını pozmaqda təqsirli bilib.
Klub isə ittihamlarla razılaşmadığını və öz mövqeyini müvafiq instansiyalarda müdafiə edəcəyini açıqlayıb.
Qərarın mümkün sanksiyaları hələ açıqlanmayıb. İngiltərə mətbuatının məlumatına görə, “Mançester Siti”nin əvvəl qazandığı çempionluq titullarından məhrum edilməsi də mümkün variantlardan biridir.
Xatırladaq ki, “Mançester Siti” 2008-ci ildən BƏƏ-nin “Abu Dhabi United Group” şirkətinin nəzarətindədir. Klub bu müddətdə 8 dəfə İngiltərə çempionu olub, 4 dəfə İngiltərə kubokunu və 7 dəfə Liqa kubokunu qazanıb. “Mançester Siti” 2022/23 mövsümündə isə tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Bugünkü oyunu buraxacaq
Lixtenşteyn - Azərbaycan: Heyətlər
Messi Argentinada xüsusi matçda iştirak edəcək
De Zerbi ən yaxşı oldu
Devid Bekhem ABŞ Şöhrət Zalına daxil ediləcək
Ronaldonun şərəfinə bunu edəcəklər
Azərbaycan millisində ciddi itki - Bu gün oynamayacaq
Premyer Liqanın ən yaxşı futbolçusu seçildi
"Mingəçevir"də baş məşqçi ayrılığı
İtaliya ilə oyun Dueyə baha başa gəldi - Şəkil
“Mançester Yunayted”də baş məşqçi təyinatı rəsmiləşdi
Keyn millidə mütləq rekordçu oldu
Daha 24 oyunun vaxtı müəyyənləşdi
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Türkiyə millisinin düşərgəsini tərk etdi
Azərbaycan kubokunda 1/8 final - Nə vaxt və harada?
“Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi! - Müsahibə
Brunu Fernandeş klubun təklifini yenə rədd etdi
Skaloninin Argentina millisi ilə müqaviləsi uzadıldı
De Brüynenin “Napoli”də münaqişəsi böyüyür