A Seriyasının ən yaxşısı seçildi

A Seriyasının ən yaxşısı seçildi
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 18:07 264
-  A +

İtaliya A Seriyasında avqust-sentyabr aylarının ən yaxşı futbolçusu müəyyənləşib.

QOL.az xəbər verir ki, bu ada “Roma”nın hücumçusu Doniyell Malen layiq görülüb.

Niderlandlı futbolçu çempionatın ilk 5 turunda 6 qol vurub. O, “Fiorentina” ilə matçda het-trik edib, “Leççe”yə qarşı görüşdə dublla fərqlənib, “Torino”nun qapısına isə 1 qol vurub.

Qeyd edək ki, “Roma” 5 turdan sonra 13 xalla “İnter” və “Latsio” ilə birlikdə A Seriyasının turnir cədvəlinə başçılıq edir. Paytaxt təmsilçisi çempionatdakı növbəti oyununu oktyabrın 11-də səfərdə “Komo”ya qarşı keçirəcək.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner