Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?

Ronaldo Portuqaliya millisindən birdəfəlik gedib?
DÜNYA FUTBOLU 2 Oktyabr 2026 / 00:19 400
-  A +

Portuqaliyalı jurnalist Pedro Sepulveda 41 yaşlı hücumçu Kriştiano Ronaldonun milli komandadakı gələcəyi ilə bağlı yeni açıqlama yayıb.

QOL.az "Sepulveda"ya istinadən xəbər verir ki, Ronaldo Portuqaliya millisinin qarşıdakı iki oyununda iştirak etməyəcək. Onun sözlərinə görə, bundan sonra futbolçu ilə məsələ müzakirə edilə və qərar verilə bilər: 

“Ronaldo milli komandanın qarşıdakı iki oyununda oynamayacaq. Bundan sonra oturub danışmaq və məsələni ən yaxşı şəkildə həll etmək olar. O, nəzəri olaraq Millətlər Liqasının final mərhələsində iştirak edə bilər. Lakin məndə olan məlumata görə, Ronaldo daha heç vaxt Portuqaliya millisinin formasını geyinməmək qərarına gəlib”.


Qarabağ FK
Son xəbərlər
topaz banner