Joa Feliks “Barselona”ya qayıtmaq istəyir

Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
DÜNYA FUTBOLU 1 Oktyabr 2026 / 17:32 411
-  A +

“Əl-Nəsr”in hücumçusu Joa Feliks Avropaya qayıtmaq və “Barselona”da yenidən oynamaq istəyir.

QOL.az "Sport.es"ə istinadən xəbər verir ki, 26 yaşlı portuqaliyalı futbolçunun əsas hədəfi Çempionlar Liqasında çıxış edən klubda forma geyinməkdir. Feliksin “Barselona”ya azad agent kimi keçməsi isə onun arzusu olduğu bildirilir.

Məlumata görə, futbolçunun agenti Jorje Mendeş mümkün transferlə bağlı artıq “Barselona” ilə əlaqə saxlayıb. Feliksin “Əl-Nəsr”lə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Mendeşin daha əvvəl Joau Kanselunun “Əl-Hilal”dan “Barselona”ya keçidində oynadığı rolun Feliks üçün də oxşar ssenariyə çevrilə biləcəyi qeyd olunur. Portuqaliyalı hücumçunun Avropaya qayıtmaq naminə maaşını əhəmiyyətli dərəcədə azaltmağa hazır olduğu bildirilir.

Feliks bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında keçirdiyi 6 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2023-2024 mövsümündə "Barselona"da icarə əsasında çıxış edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner