7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı

7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2026 / 12:20 721
-  A +

UEFA Millətlər Liqasında bu gün Bakıda Lixtenşteyn ilə üz-üzə gələcək Azərbaycan millisinin heyətində dəyişikliklər var.

QOL.az xəbər verir ki, milliyə cəlb edilən  30 futbolçudan 7-nin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Bunlar  Renat Dadaşov, Bədavi Hüseynov, Rahil Məmmədov, Rəhman Daşdəmirov, Ceyhun Nuriyev, Mustafa Əhmədzadə və Fərid Yusiflidir. 

AFFA-nın mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, adıçəkilən futbolçulardan yalnız Renat Dadaşov zədə səbəbindən heyətdə yoxdur. Digərləri isə sırf baş məşqçi Ayxan Abbasovun qərarına görə 23-lüyə düşməyib.

Qeyd edək ki, Azərbaycan - Lixtenşteyn görüşü saat 20:00-da start götürəcək.

Azərbaycan millisinin Lixtenşteynlə oyun üçün 23-lüyü belədir

Qapıçılar: Aydın Bayramov (“Zirə”), Rəvan Mirzəmmədov (“Sabah”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Elvin Bədəlov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)

Yarımmüdafiəçilər: Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov ( “Neftçi”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev ( “Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev ("Kişvarda", Macarıstan), 

Hücumçular: Vüsal İsgəndərli (“Malisheva", Kosovo), Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa)

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner