Millətlər Liqasında günün oyunları

Millətlər Liqasında günün oyunları
DÜNYA FUTBOLU 16 Noyabr 2026 / 09:00 277
-  A +

Millətlər Liqasında qrup mərhələsinin 6-cı turu davam edir.

QOL.az xəbər verir ki, bu gün 6 qrupda ümumilikdə 10 matç keçiriləcək.

A Liqasında Almaniya Niderlandı qəbul edəcək. Serbiya isə Yunanıstanın qonağı olacaq.

Azərbaycan millisinin mübarizə apardığı D Liqasının 2-ci qrupunda Litva Lixtenşteynlə üz-üzə gələcək. Yığmamız sözügedən oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vurub.

Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.

A Liqası

Qrup 2

23:45. Almaniya – Niderland

23:45. Yunanıstan – Serbiya

B Liqası

Qrup 1

23:45. Şimali Makedoniya – Sloveniya

23:45. İsveçrə – Şotlandiya

C Liqası

Qrup 3

19:00. Farer adaları – Moldova

19:00. Qazaxıstan – Slovakiya

Qrup 4

21:00. Estoniya – Bolqarıstan

21:00. İslandiya – Lüksemburq

D Liqası

 

Qrup 1

23:45. Cəbəllütariq – Malta

Qrup 2

21:00. Litva – Lixtenşteyn

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner