Azərbaycan cüdoçusu Zaqrebdə çempion oldu

Azərbaycan cüdoçusu Zaqrebdə çempion oldu
CÜDO 16 Noyabr 2026 / 00:20 111
-  A +

Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pri turnirinin qalibi olub.

QOL.az xəbər verir ki, turnirdə 4 qarşılaşmada qalib gələn Nəsibov həlledici görüşdə almaniyalı Losseni Koneni üstələyib.

Bununla da, Zaqreb Qran-Prisini 2-ci dəfə qalib kimi başa vurub. Kənan Nəsibov ilk dəfə 2025-ci ildə Zaqreb Qran-Prisinin qalibi olub.

Eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri isə yarımfinalda aldığı zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb və turniri beşinci yerdə tamamlayıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner