“Turan Tovuz”un futbolçusunun yığması uduzdu

“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
DÜNYA FUTBOLU 16 Noyabr 2026 / 21:47 128
-  A +

Moldova millisi UEFA Millətlər Liqasının C Liqasında növbəti oyununa çıxıb.

QOL.az xəbər verir ki, komanda səfərdə Farer adaları ilə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Farer adaları - Moldova - 1:0
Qollar:
Samuelsen, 24

Moldova yığmasına çağırılan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi isə matçın 79-cu dəqiqəsində meydana daxil olub. 

Qeyd edək ki, bu nəticədən sonra Moldova millisi 7 xalda qrupda üçüncü, Farer adaları isə 8 xalla ikincidir. 


Qarabağ FK
Son xəbərlər
topaz banner