Lukaku milli karyerasını başa vurdu

Lukaku milli karyerasını başa vurdu
XƏBƏR 16 Noyabr 2026 / 14:28 125
-  A +

Belçika millisinin hücumçusu Romelu Lukaku yığmadakı çıxışını başa vurmaq qərarına gəlib.

QOL.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edərək vida məktubu yayımlayıb.

Lukaku 16 il ərzində milli komanda üçün əlindən gələni etdiyini bildirib: “Mümkün olan bütün emosiyaları yaşadım. Həmişə minnətdar olacağım möhtəşəm komanda yoldaşları ilə oynamaq şərəfinə nail oldum. Məni daim irəli aparan və komandaya fayda verməyim üçün mənə güvənən bütün məşqçilərə də təşəkkür edirəm. Bu, möhtəşəm bir yol idi və hər anından zövq aldım. Belçikalı azarkeşlərə komandamıza göstərdikləri dəstəyə görə minnətdaram. Ölkəmi dörd dünya çempionatında və üç Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram.

Bu anları heç vaxt unutmayacağam. Milli komandadakı çıxışımı başa vurmaq qərarına gəlmişəm və ürəyim rahatdır. Bu, möhtəşəm təcrübə idi. Minnətdaram. Təşəkkürlər”.

Qeyd edək ki, Lukaku 2010-cu ildən Belçika millisinin üzvü idi.


Qarabağ FK
Son xəbərlər
topaz banner