“Real”a keçə bilər

“Real”a keçə bilər
DÜNYA FUTBOLU 16 Noyabr 2026 / 20:34 159
-  A +

“Real” gənc futbolçu Cey-Cey Qabrielin transferində rəqiblərini qabaqlamağa yaxındır.

QOL.az xəbər verir ki, “Goal” nəşrinin yaydığı məlumata görə, 16 yaşlı futbolçunun nümayəndəsi Əli Barat hazırda Madrid klubunun bazasındadır və transferin yekunlaşdırılması üçün danışıqlar aparır. 

Son günlər intensivləşən müzakirələrin artıq son mərhələdə olduğu bildirilir.

Qeyd edək ki, Qabriellə “Barselona”, PSJ, “Bavariya” və digər klublar da maraqlanır. O, daha əvvəl “Mançester Yunayted”in akademiyasında məşq edib. Lakin İngiltərə klubu gənc futbolçunu komandada saxlaya bilməyib. Qabriel İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında da çıxış edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner