Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı

Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı
DÜNYA FUTBOLU 15 Noyabr 2026 / 18:48 237
-  A +

İngiltərə Premyer Liqası, Futbol Liqası (EFL) və Qadınlar Superliqası (WSL) stadionlardakı meydança kənarlarının təhlükəsizliyini yenidən qiymətləndirir.

QOL.az xəbər verir ki, “BBC Sport”un məlumatına görə, buna ötən il “Arsenal”ın sabiq akademiya futbolçusu Billi Viqarın ölümü səbəb olub.

Məlumata görə, futbol qurumları klublar arasında maneələrin materialı, meydança ilə divarlar arasındakı məsafə və digər təhlükəsizlik məsələləri ilə bağlı sorğu keçirib. Riskin yüksək olduğu stadionlarda əlavə təhlükəsizlik qiymətləndirmələrinin aparılması tövsiyə olunub.

Xatırladaq ki, 21 yaşlı futbolçu “Çiçester Siti”nin heyətində çıxış edərkən meydançanın ətrafındakı beton divara çırpılıb. Aldığı ağır beyin zədəsindən beş gün sonra vəfat edib.

Qeyd edək ki, Viqarın ölümü ilə bağlı polis araşdırması davam edir. Futbolçunun valideynləri İngiltərə Futbol Assosiasiyasını (FA) faciənin qarşısını ala biləcək xəbərdarlıqları nəzərə almamaqda ittiham ediblər.


Qarabağ FK
Son xəbərlər
topaz banner