“Kristal Pelas” yeni baş məşqçi ilə razılığa gəldi

“Kristal Pelas” yeni baş məşqçi ilə razılığa gəldi
DÜNYA FUTBOLU 16 Noyabr 2026 / 19:39 516
-  A +

“Kristal Pelas”ın yeni baş məşqçisi Tomas Frank olacaq.

QOL.az xəbər verir ki, jurnalist Ben Ceykobsun yaydığı məlumata görə, tərəflər danimarkalı mütəxəssisin təyinatı ilə bağlı şifahi razılığa gəliblər.

Frankın komandanı artıq növbəti oyuna çıxaracağı gözlənilir. Onun köməkçilərinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar isə yekun mərhələdədir.

Qeyd edək ki, uğursuz nəticələrə görə Pyer Sajı vəzifəsindən azad edən “Kristal Pelas” Premyer Liqada 10 turdan sonra 7 xalla sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Frank daha əvvəl “Brentford” və “Tottenhem”ə rəhbərlik edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner