Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi

Mərhum futbolçu yad edildi, “Tenerife” qalib gəldi
DÜNYA FUTBOLU 15 Noyabr 2026 / 21:48 79
-  A +

“Tenerife” hücumçusu Xesus de Migelin vəfatından sonra keçirdiyi ilk matçda “Seuta”nı 2:0 hesabı ilə məğlub edib. 

QOL.az xəbər verir ki, görüş İspaniya Sequndasının 16-cı turu çərçivəsində baş tutub. 

Matçdan əvvəl futbolçunun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşün 9-cu dəqiqəsində isə oyun dayandırılaraq stadionun ekranında onun görüntüləri nümayiş etdirilib. “Tenerife”nin futbolçusu Naço Gil 40-cı dəqiqədə vurduğu qolu De Migelə həsr edib. Nil Virek isə matçın sonlarına yaxın yekun hesabı müəyyənləşdirib.

Bu qələbə ilə “Tenerife” 6 oyunluq qələbəsiz seriyasına son qoyub və turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Qeyd edək ki, noyabrın 3-də “Andorra” ilə oyunda rəqib qapıçı Xesus Ovonoyla toqquşan 30 yaşlı De Migel ertəsi gün dünyasını dəyişib. De Migelin ölümü ilə nəticələnən epizoda görə Xesus Ovonoya 12 oyunluq cəza verilib. “Tenerife” - “Andorra” matçının isə 2:2 hesabı ilə başa çatmış kimi qeydə alınmasına qərar verilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner