İngiltərə millisindən tarixi rekord

İngiltərə millisindən tarixi rekord
DÜNYA FUTBOLU 16 Noyabr 2026 / 10:16 150
-  A +

İngiltərə millisi ötən gecə Millətlər Liqasının İspaniya ilə matçında tarixi uğura imza atıb.

QOL.az xəbər verir ki, Tomas Tuxelin rəhbərlik etdiyi komanda  İspaniyaya 3:2 hesabı ilə qalib gəlib. Madriddəki “Riyad Air Metropolitano” stadionunda keçirilən görüşdə Harri Keyn (45), Ezri Konsa (53) və Ben Uayt (57) fərqləniblər. İspaniya millisinin qollarını isə Mikel Oyarsabal (65) və Niko Uilyams (75) vurublar.

"Opta Sport" statistika portalının məlumatına görə, İngiltərə millisi tarixində ilk dəfə bütün turnirlər nəzərə alınmaqla ardıcıl 10 səfər oyununda qalib gəlib.

Qeyd edək ki, hər iki komanda qrupda 15 xal toplayıb. Top fərqinə görə rəqibini qabaqlayan İngiltərə birinci, İspaniya isə ikinci yeri tutub. Hər iki yığma UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner