Yamal onu təhqir etdi

Yamal onu təhqir etdi
XƏBƏR 16 Noyabr 2026 / 13:19 172
-  A +

İspaniya millisinin hücumçusu Lamin Yamal İngiltərə ilə oyunda rəqib komandanın yarımmüdafiəçisi Elliot Andersonu təhqir edib.

QOL.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Hadisə UEFA Millətlər Liqasının VI turunda keçirilən İspaniya – İngiltərə matçında baş verib. Görüşün 63-cü dəqiqəsində Anderson Yamalı kobud şəkildə yıxdığı üçün birbaşa qırmızı vərəqə alıb. Həmin vaxt hesab 3:0 İngiltərənin xeyrinə olub.

Nəşrin məlumatına görə, hakim penalti təyin etdikdən sonra futbolçular arasında mübahisə yaranıb. Yamal rəqibinə tərəf dönərək ona iki dəfə “axmaq” deyib, daha sonra isə meydanı tez tərk etməsini işarə edib.

Qeyd edək ki, İspaniya millisinin Mikel Oyarsabalın 65-ci dəqiqədə penaltidən vurduğu qolla hesab arasındakı fərqi azaldıb. Niko Uilyams isə 75-ci dəqiqədə daha bir qol vurub. Buna baxmayaraq, İngiltərə 3:2 hesablı qələbə qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner