“Tottenhem”dən ayrılmaq qərarına gəldi

“Tottenhem”dən ayrılmaq qərarına gəldi
DÜNYA FUTBOLU 15 Noyabr 2026 / 16:47 71
-  A +

İspaniya millisinin müdafiəçisi Pedro Porro karyerasını “Barselona”da davam etdirməyi hədəfləyir. 

QOL.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb. 27 yaşlı futbolçu digər təkliflərə baxmayaraq Kataloniya klubuna üstünlük verir.

Bildirilir ki, Porro artıq “Tottenhem”dən ayrılmaq qərarına gəlib və növbəti mövsüm London təmsilçisində çıxış etmək istəmir. O, oyun üslubunun “Barselona”nın futbol fəlsəfəsinə daha uyğun olduğunu düşünür.

Lakin transferin reallaşması tərəflərin maliyyə tələblərində razılığa gəlməsindən asılıdır. “Tottenhem” ispaniyalı müdafiəçini 70 milyon avrodan aşağı qiymətə satmaq istəmir. “Barselona” isə futbolçunun dəyərini maksimum 50 milyon avro hesab edir və bu məbləğ ətrafında danışıqlar aparılmayana qədər aktiv addım atmağı planlaşdırmır.


Qarabağ FK
Son xəbərlər
topaz banner