İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu

İspaniyanın məğlubiyyətsizliyinə son qoyuldu
DÜNYA FUTBOLU 16 Noyabr 2026 / 12:40 146
-  A +

İspaniya millisinin 43 oyunluq məğlubiyyətsizlik seriyası bitib.

QOL.az xəbər verir ki, De la Fuentenin komandası UEFA Millətlər Liqasının 6-cı tur matçında İngiltərəyə uduzub – 2:3.

Bununla həm də komandanın 11 oyunluq qələbə seriyası başa çatıb.

Qeyd edək ki, İspaniya sonuncu dəfə 2024-cü ilin martında yoldaşlıq görüşündə Kolumbiyaya uduzub - 0:1.


Qarabağ FK
Son xəbərlər
topaz banner