Əfsanələrin dueli 11 qolla yadda qaldı

Əfsanələrin dueli 11 qolla yadda qaldı
DÜNYA FUTBOLU 15 Noyabr 2026 / 20:50 224
-  A +

“Barselona” və “Ayaks”ın əfsanəvi futbolçuları arasında keçirilən yoldaşlıq görüşü Kataloniya təmsilçisinin 7:4 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, bu gün “Yohan Kroyff Arena”da keçirilən matç əfsanəvi futbolçu və məşqçi Yohan Kroyfun xatirəsinə həsr olunub. O, hər iki klubun tarixində mühüm iz qoyub.

Görüşün ən məhsuldar futbolçuları hərəyə 2 qol vuran Klas-Yan Huntelaar və Xavyer Saviola olublar.

“Ayaks”ın heyətində Rafael van der Vart, Vesli Sneyder, Edvin van der Sar, Klas-Yan Huntelaar, Yari Litmanen və Patrik Klyuyvert kimi futbolçular meydana çıxıblar.

“Barselona”nın heyətində isə Xavyer Saviola, Erik Abidal, Rudd Hesp və Lüdovik Jüli oynayıblar. Qeyd edək ki, Litmanen və Klyuyvert də vaxtilə Kataloniya klubunun formasını geyiniblər.


Qarabağ FK
Son xəbərlər
topaz banner