“Çelsi” yenidən şansını yoxlayacaq

“Çelsi” yenidən şansını yoxlayacaq
DÜNYA FUTBOLU 15 Noyabr 2026 / 19:37 155
-  A +

“Çelsi” “Betis”in 19 yaşlı futbolçusu Moranteni transfer etmək üçün hərəkətə keçib. 

QOL.az xəbər verir ki, bu barədə “ABC Sevilla” məlumat yayıb. Lakin ispaniyalı yarımmüdafiəçi karyerasını hazırkı klubunda davam etdirmək niyyətindədir. 

Məlumata görə, London klubu yayda həm futbolçunun nümayəndələri, həm də “Betis” rəhbərliyi ilə əlaqə saxlayıb. Ancaq ilkin danışıqlar nəticəsiz qalıb. Morantenin Sevilya klubundan ayrılmaq istəməməsi transferin qarşısında əsas maneədir.

“Çelsi”nin yanvarda transfer cəhdi real görünməsə də, London təmsilçisinin gələn yay yenidən danışıqlara başlaya biləcəyi bildirilir.

Qeyd edək ki, gənc futbolçu bu mövsüm “Betis”in əsas komandasında 3 oyuna çıxıb və La Liqada ilk qolunu vurub. O, yayda İspaniyanın U-19 millisi ilə Avropa çempionu olub, turnirin rəmzi komandasına seçilib və 4 qolla bombardirlər sırasında yer alıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner