Portuqaliya millisindən ayrıldılar

Portuqaliya millisindən ayrıldılar
XƏBƏR 16 Noyabr 2026 / 15:27 104
-  A +

Portuqaliya millisinin üç futbolçusu UEFA Millətlər Liqasının 6-cə turunda Uelslə keçiriləcək oyunda iştirak etməyəcək.

QOL.az xəbər verir ki, Danimarkaya 1:4 hesabı ilə uduzduqları V turun matçından sonra müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Joao Palinya və Bernardo Silva millinin düşərgəsini vaxtından əvvəl tərk ediblər.

Diaş və Palinya sarı vərəqə limitini keçdikləri üçün Uelslə qarşılaşmada cəzalı olacaqlar.

Bernardo Silvanın vəziyyəti isə fərqlidir. Tibbi müayinədən keçən yarımmüdafiəçinin qarşıdakı oyunda iştirak etməyə hazır olmadığı müəyyənləşib. Bununla belə, futbolçunun zədəsinin xarakteri və bərpa müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, Uels – Portuqaliya qarşılaşması noyabrın 17-də keçiriləcək.


Qarabağ FK
Son xəbərlər
topaz banner