Uqo Lloris ilkə imza atdı

Uqo Lloris ilkə imza atdı
XƏBƏR 16 Noyabr 2026 / 12:24 135
-  A +

“Los-Anceles” klubunun qapıçısı Uqo Lyoris peşəkar karyerasında keçirdiyi rəsmi oyunların sayını 1000-ə çatdırıb. 

QOL.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri apardığı hesablamalar əsasında məlumat yayıb.

39 yaşlı qolkiper yubiley matçını oktyabrın 26-da “Los-Anceles Qalaksi”yə qarşı keçirib. MLS çərçivəsində baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

Nəticədə qolkiper bu göstəriciyə nail olan ilk fransalı futbolçu olub.

Lloris Fransa millisində 145, klub səviyyəsində isə 856 oyun keçirib. O, ABŞ-a köçməzdən əvvəl “Nitsa”, “Lion” və 2012-2023-cü illərdə formasını geyindiyi “Tottenhem”də çıxış edib.

Qeyd edək ki, qapıçı Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner