Derbidəki davaya görə cəzalar açıqlandı

Derbidəki davaya görə cəzalar açıqlandı
DÜNYA FUTBOLU 30 Oktyabr 2026 / 10:29 771
-  A +

Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi "Qalatasaray" və "Fənərbaxça" arasında keçirilən derbidən sonra futbolçulara və klublara verilən cəzaları açıqlayıb.

QOL.az xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsinin qərarına əsasən, "Qalatasaray"ın müdafiəçisi Abdülkerim Bardakcı 2 oyunluq diskvalifikasiya və 67 min lirə cərimələnib.

"Fənərbaxça"nın futbolçusu Arçi Braun isə 3 oyunluq diskvalifikasiya olunub və 100 min lirə cərimə ödəyəcək. Hər iki futbolçu derbidəki dava-dalaşla əlaqədar cəzalandırılıb.

Komitə klublara da ciddi cərimələr kəsib. "Qalatasaray" azarkeşlərinin nalayiq davranışları və meydanda baş verən hadisələrə görə ümumilikdə 2 milyon 120 min lirə, "Fənərbaxça" isə eyni səbəblərdən 997 min 500 lirə cərimələnib.

Bundan başqa, "Qalatasaray"ın məşqçisi Serhat Doğan 21 günlük futboldan məhrumetmə cəzası alıb.

Xatırladaq ki, İstanbul derbisi "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner