“Kəpəz”in bu qış transfer etdiyi çoxsaylı legioner arasında biri xüsusi diqqət çəkir: Dieqo Souza. Bir zamanlar “Xəzər Lənkəran”da və “Zirə”də oynayıb. Deyilənə görə, intizamsız davranışları səbəbindən sonuncu klubdan müqaviləsi ləğv edilməklə qovulub. Elə özünün etiraf etdiyi kimi, sonra 2 il klubsuz qalıb. Və düz 2 il peşəkar futboldan kənar qalan bu oyunçunu qəfildən Braziliyadan gətirirlər “Kəpəz”ə. İndi biz yaxşısı səbəb nədi sualı ətrafında var-gəl etməyək. Çünki hara fırlasan, gəlib bir nöqtəyə dayanacaq: normal futbol ölkələrində öz işinə ciddi yanaşan heç bir məşqçi bu anormal transferə razılıq verməzdi ki, Yunis Hüseynov verdi...
Yunis Hüseynov “Kəpəz”in baş məşqçisidi. Məlum, baş məşqçinin əsas vəzifəsi komandanın həm özünü, həm də nəticəsini düzəltməkdi. Souza kimi futbolçularla “Kəpəz” hara qədər gedəcək, özünüz təsəvvür edin. Amma biz yenə də zamanı qabaqlamayaq, nağıllarla yaşamağı buraxaq “Kəpəz”i idarə edənlərin ixtiyarına. Gələk, bu gün üçün daha ciddi problemə.
Deməli, Gəncə stadionunun meydançası sapsarı saralaraq yararsız hala düşüb. "Kəpəz" də PFL-ə müraciət edib ki, ev oyunumuzu başqa stadionda keçirək. Cəmi 4-5 ay əvvəl isə ora yamyaşıl idi. Təptəzə meydan, büsbütün yenilənmiş ot ortüyü. Və birdən bu ot ortüyü sırf baxımsızlıq ucbatından sıradan çıxır. Niyə? Sualın birbaşa ünvanı əlbəttə ki, “Kəpəz”in bərbad idarəetməsi sistemi ilə yanaşı, həm də AFFA-dı. Çünki bu meydançanı dövlətin – SOCAR-ın ayırdığı vəsait hesabına (mütəxəssislərin dediyinə görə, əgər yeyinti halları olmasa, yeni ot ortüyünün salınması 100-150 min manat xərc aparır) məhz federasiya düzəltdirib, məntiqlə də ona nəzarəti elə özü həyata keçirməlidi. Və bir halda ki, klubun içində - Müşahidə Şurasında AFFA nümayəndə ilə də təmsil olunur, o zaman federasiya sadə bir suala cavab verməyə çətinlik çəkməməlidi: meydançaya niyə nəzarət olunmayıb? Yaxud qazonun normal vəziyyətdə saxlanılması üçün tələb edilən aylıq 4-5 min manat niyə ayrılmayıb?
4-5 min manat həm də 2 ildi futbol oynamayan Dieqo Souza adlı Azərbaycan klublarına xeyri dəyməyən legionerin yəqin ki, “Kəpəz”dəki aylıq maaşıdı. Ona və onun kimilərə pul tapılır, qazonun normal saxlanılması məsələsi ortaya çıxanda nəyə görəsə pul qəfil yoxa çıxır. Amma bura Azərbaycandı, axı. Nə bilmək olur, bir də gördün bu gun 4-5 min “tapa bilməyənlər” sabah yüzminlərlə pul ayırıb Gəncə stadionuna yenidən təzə ot ortüyü salacaqlar.
Nuş olsun deyək?
Aydın BAĞIROV
[email protected]
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov