Bu həftəni futbolumuz üçün qara həftə də adlandırmaq olar. Əvvəl “Qarabağ” Çempionlar Liqasının, sonra “Neftçi” Avropa Liqasının üçüncü mərhələsində mübarizəni dayandırdı. Ağdam klubu haqda iki gün əvvəl yetərincə tənqidi fikirlər yazdığımı güman etdiyimə görə yenidən o mövzuya qayıtmaq istəmirəm. Ona görə də Kamran müəllimin xətdə qalması şərti ilə əvvəlcə gəlirəm “Neftçi”nin baş məşqçisi Roberto Bordinə.
Bilmirəm, “Bney Yehuda” ilə dünənki oyun bitən kimi italiyalı məşqçinin davranışlarına fikir verdinizmi? Bordin meydana girib hakimlərlə mübahisə edir, sonra rəqib məşqçiyə, böyük ehtimalla hakim idarəçilyi səbəbindən kəskin formada etirazını bildirir. Bu, təxminən məhəllə futbolunda uduzan 10-12 yaşlı cığal məktəbliyə xas davranışa bənzərir, başqa heç nəyə! Bordinin isə 54 yaşı var. Amma belə görünür ki, yaşın başın inkişaf tempinə bəzən qətiyyən təsiri olmur.
Matçdan sonrakı mətbuat konfransında italiyalı mütəxəssis narazılıq edir ki, rəqib bütövlükdə yenə müdafiə olundu. Mərhələ adlamaq istəyən komandanın hətta 11 nəfərlə cərimə meydançasında oturmasında təəccüblü heç nə yoxdu. Bordin niyə bu cür axmaq fikirlər səsləndirir, təəccüblüdü. Problem axtarırıqsa, özümüzə baxaq. Bu müdafiə xəttini yarmaq üçün Bordin hücumda fərqli nəsə etdimi? İki oyunda bizimkinin məşqçi işini kimsə gördümü? Daha pisi isə odur ki, ilk matçda müdafiə xəttimizdəki ciddi problemlər təkrar görüşdə də davam etdi. “Neftçi”nin iki oyunda buraxdığı dörd qolun hamısına fikir verin. Belə müdafiə xəttinə ruslar “proxodnoy dvor” deyir. Bizim dildə, təxminən kavransaray qapısı kimi bir şey. Kim istəyir, nə qədər istəyir, gəlib vurur. Erkin İbrahimovun bir fikri diqqətimi çəkdi: Petrovun 2 oyuna buraxdığı səhvləri Rəşad Sadıqov 12 oyuna etməz. Rəşad Sadıqovdan baş açılanda “Neftçi”nin müdafiə xəttindəki anarxiya haqda da danışsaq, pis olmaz yəqin ki...
Və tək müdafiə xəttində də deyil. Yarımmüdafiə, hücum. Monroz, Dario, Rauf Əliyev... Heç nə edə bilmədilər. İnsafən, fərdi qaydada yaxşı oyunçulardır. Bu futbolçuların potensialı, daha da önəmlisi hər zaman öz təmənnasız fədakarlığı ilə daim komandalarına dəstəyini göstərən fanatları sayəsində “Neftçi” həqiqətən Avropa Liqasının qrupuna düşməyə qadir idi. Bordin isə bunu bacarmadı. Həm yerli çempionat, həm də Avroliqadakı son iki oyun göstərdi ki, italiyalı mütəxəssis həlledici məqamlarda soyuqqanlı düşünərək doğru taktiki qərar verə bilmir, panikaya düşür və bu da komandanın ziyanına işləyir. Məsələn, ötən mövsüm daxili çempionatda “Neftçi” fərdi oyunlarda “Qarabağ”ı üstələdi, amma finişə yaxınlaşanda mənasız yerə xallar itirib çempionluqdan oldu. Bənzər hadisələr “Bney Yehuda” ilə matçda da təkrarlandı. Halbuki “Neftçi”nin bundan əvvəl keçdiyi Rusiya “Arsenal”ı ümumən israillilərdən üstün idi, ən azı “pley-off”a düşmək üçün əla şans yaranmışdı. Amma...
Bir klubun uğuru, əlbəttə, təkcə onun baş məşqçisindən deyil, həm də prezidentindən, idarəetmə sistemindən asılıdır. 2012-ci ili yadınıza salın. O vaxtkı prezident Sadıq Sadıqovun komandaya, məşqçilərə təsiri imkanı, bütün kollektiv arasında nüfuzu o qədər yüksək idi ki, “Neftçi” məhz onun rəhbərliyi və əlbəttə, rəhmətlik Böyükağa Hacıyevin baş məşqçiliyi ilə fikrimcə, futbol tariximizin o vaxta qədərki ən yüksək uğuruna nail oldu. İlk dəfə Avropa Liqasının qrupuna düşdü. Davamlı çempionluqların, Avropadakı uğurun səbəbi Sadıqovun qurduğu sistemdə idi. Düzdür, olurdu ki, “Neftçi”dəki futboldankənar fəaliyyət haqlı narazılıqlar da yaradırdı. Amma bütün bunlar həqiqəti dəyişdirmir. “Neftçi” məhz Sadıqovun dövründə tarixinin ən yüksək nəticəsini qazandı. Bu, həm də onunla əlaqədar idi ki, “Neftçi”ni idarə edən cəmi bir nəfər idi: Sadıq Sadıqov.
İndiki və onun personalı isə (strateji vəzifədə olanlar) işlərini öz iradələrinə uyğun qura bilmirlər, bilməyəcəklər də. Çünki onlar idarə edən deyil, idarə olunan kuklalardır. Elxan Məmmədovdan başlayaraq üzüaşağı AFFA-dan gələn bütün tapşırıqlar əsasında. Və təəssüf ki, belə idarəetmənin ağır zərbəsi həlledici məqamlarda tarixi ənənəsi olan komandaya da dəyə bilir.
Aydın BAĞIROV
[email protected]
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı
Qazaxıstanda çempion bəlli oldu
Bundesliqada 100-cü qolunu vurdu
Bu həftə “Qarabağ” – “Dinamo” Zaqreb oyunu var
Sabiq futbolçunu it dişlədi, 50-dən çox tikiş qoyuldu
Rəşad Sadıqovla 250-ci oyun
Kubokda hakim təyinatları açıqlandı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Modriç İbrahimoviçin rekordunu qırdı
"Real" "Barselona"nı belə dayandırdı - Video
Mbappenin “Real”da 100-cü qolu
Maykl Kerrikin “kitabı bağlandı”
Flik “Real”a məğlubiyyətin səbəbini açıqladı
"Qızıl top"u kim qazanacaq?
"El-Klasiko"nu "Real" qazandı
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir