İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal ilin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.
QOL.az xəbər verir ki, 18 yaşlı futbolçu bu mükafata Londonda keçirilən “Qızıl top” mərasimində sahib çıxıb.
O, ötən il də bu ada layiq görülmüşdü.
Qeyd edək ki, bu il “Qızıl top” mükafatlandırma mərasimi ilk dəfə Fransadan kənarda təşkil olunur. Tədbirin Londonda keçirilməsi 1956-cı ildə mükafatın ilk qalibi olmuş İngiltərə futbolçusu Stenli Metyuzla əlaqələndirilir.
Mərasim çərçivəsində ötən mövsümün nəticələrinə əsasən kişi və qadın futbolunda ilin ən yaxşı oyunçuları, baş məşqçiləri, qapıçıları və klubları da müəyyənləşdirilir.
Xatırladaq ki, “Qızıl top” mükafatı hər il “France Football” jurnalı tərəfindən təqdim olunur. Mükafatın son sahibi PSJ-nin hücumçusu Usman Dembeledir.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi