Azərbaycanın U-15 millisinin baş məşqçisi Famil Xəlilov FİFA U-15 Dünya Çempionatı çərçivəsində İsrail yığmasını 3:1 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis futbolçuların əzmkarlığını yüksək qiymətləndirib:
“Futbolçuları təbrik edirəm. Onlar buna layiq idilər və qələbə qazandılar. Məğlubiyyətdən sonra ruhdan düşmədilər, oyuna daha yaxşı hazırlaşaraq geridönüş etməyi bacardılar. Uşaqlar bu təzyiqin öhdəsindən gələ bildilər. Bizi sevindirən amillərdən biri də budur”.
Mütəxəssis qrupdakı vəziyyəti də dəyərləndirib:
“Avstraliya qrupu böyük ehtimalla lider kimi başa vuracaq. Bizim və Haiti yığmalarının 9 xalı var və ikincilik uğrunda mübarizə aparırıq. Növbəti oyunda heç-heçə və ya qələbə qazanmaq qrupu ikinci pillədə başa vurmağımıza imkan verəcək. Bütün diqqətimizi buna yönəltmişik”.
Qeyd edək ki, Azərbaycan millisi hazırda 9 xalla qrupda 3-cü yerdə qərarlaşıb.
Azərbaycan millisi Andorraya qalib gəldi
“Kamp Nou”nun tam hazır olacağı tarix açıqlandı
Emin Mahmudova xüsusi hədiyyə təqdim olundu - Şəkillər
“Turan Tovuz”un futbolçusunun yığması uduzdu
Stas Pokatilov millidə növbəti oyuna çıxdı
Andorra - Azərbaycan: Heyətlər
“Real”a keçə bilər
"Qaradağ Lökbatan"ın 7 qollu qələbəsindən - Video
“Qalatasaray”ın ev oyunu stadionu dəyişdirildi
“Qaradağ Lökbatan” və “Şirvan”dan böyükhesablı qələbə
Ukrayna millisinin baş məşqçisi Kaşuku təriflədi
İngiltərə klubunda yeni baş məşqçi
Ronaldonun oğlu U-17 millisində debüt etdi
Ançelotti onu istefaya çağıran Romarioya cavab verdi
Portuqaliya millisindən ayrıldılar
“Xankəndi” tarixi oyuna hazırlaşır - Müsahibə
Lukaku milli karyerasını başa vurdu
Yassin Benzia bu kluba keçdi
Yamal onu təhqir etdi